Yeni “Turksat” peyklərinin hazırlanması üçün kredit ayrılıb

Yeni “Turksat” peyklərinin hazırlanması  üçün kredit ayrılıb

Böyük Britaniyanın “U.K. Export Finance” təşkilatı “Turksat-5A” və “Turksat-5B” peyklərinin hazırlanması üçün Türkiyə Maliyyə Nazirliyinə 325 milyon dollar məbləğində kredit ayırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, hazırda “Turksat” qruplaşmasına üç telekommunikasiya peyki daxildir. Türkiyə tərəfi yeni peyklərin hazırlanması üçün “Airbus Defence and Space” şirkətinə ödəniş edəcək.

“Turksat-5A” peykinin 2020-ci ildə, ikinci peykin isə bir il sonra orbitə çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Türkiyə hökuməti “Turksat-5B” peykinin yaradılması üçün “Airbus Defence and Space” şirkəti ilə sazişi 2017-ci ildə imzalayıb.

Nizam Nuriyev

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elektron Xəbər Xidməti , Airbus , Maliyyə Nazirliyi , Türkiyə Xəbərləri Class , Türkiyə , Böyük Britaniya
İKT xəbərləri
Metbuat.az digər xəbərlər