Azərbaycanda uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkarlanıb
30-03-2023 12:44
- Yenilik.az - İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub. Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib.