Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa hansı şərtlərlə icazə veriləcək - AÇIQLAMA
16-01-2021 18:59
- Yenisabah.az - İqtisadiyyat
İdarədən APA-ya verilən məlumata görə, 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.