Yeniyetməyə qarşı dələduzluq edən tutuldu

Yeniyetməyə qarşı dələduzluq edən tutuldu

Yasamal rayonunda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin ​keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş T.Zeynalov olduğu müəyyən edilib. ​ Araşdırma aparılır.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər