Yeniyetməyə qarşı soyğunçuluq etdi

Yeniyetməyə qarşı soyğunçuluq etdi

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş Təbriz Zeynalov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər
Təbriz Zeynalov , Bakı , Yasamal , Ağdam , Şərifzadə Küçəsi
Hadisə xəbərləri
Qafqazinfo.az digər xəbərlər