Yerevan Bakıda Xocalı yürüşünə qatılan rus deputatdan qisas aldı

Yerevan Bakıda Xocalı yürüşünə qatılan rus deputatdan qisas aldı

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Yerevanda İrina Rodnina adına fiqurlu konkisürmə mətkəbinin adının dəyişdirilməsi faktı ilə bağlı rəyini bu məlumatla tanış olduqdan sonra bildirəcək.

Virtualaz.org xəbər veirr ki, bunu bugünkü brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Mən bu mılumatları görməmişəm, baxaram və biz müvafiq qiymət verərik”, - jurnalistin sualını cavablandıran Zaxarova qeyd edib.

* * *16:07

Ermənistanın Yerevan şəhər meriyasının Ağsaqqallar Şurası İrina Rodnina adına fiqurlu konkisürmə məktəbinin adınının dəyişdirilməsinə səs verib.

"Luys" fraksiyasının Rodnina adına fiqurlu konkisürmə məktəbinin adının dəyişdirilməsi ilə bağlı təklifi qəbul olundu", - səsvermədən sonra Yerevan meri Ayk Marutyan bildirib.

Bundan sonra obyekt Yerevan fiqurlu konkisürmə və hokkey idman məktəbi adlanacaq.

"Luys" fraksiyasının nümayəndəsi qeyd edib ki, İ.Rodnina Bakıda antiermənistan çıxışları edib.

Daha əvvəl ermənistanlı deputatlar məktəbə İrina Rodninanın adının verilməsi ilə bağlı 2015-ci ildə qəbul edilmiş qərarın dəyişdirilməsi və məktəbin adının dəyişdirilməsi məqsədilə Yerevan Ağsaqqallar Şurasına müraciət etməyi təklif ediblər.

Buna Olimpiya çempionunun Bakıya səfəri və Xocalı faciəsinin ildönümü ilə əlaqədar yürüşdə iştirak etməsi səbəb olub.

“Report” xatırladır ki, daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini İ.Rodnina çıxışında bildirib ki, Rusiyada Xocalı faciəsi haqqında daha çox şey bilməlidirlər.

Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər