“Yerkrapah”ın öldürülən üzvünün qızı: “Ermənistan hakimiyyəti onu öldürənə qaçma şansı verdi”

“Yerkrapah”ın öldürülən üzvünün qızı: “Ermənistan hakimiyyəti onu öldürənə qaçma şansı verdi”
Ordu.az xəbər verir ki, bu barədə Tert.am saytına “Yerkrapah”ın öldürülən üzvü Nver Hovhanisyannın qızı Laura Hovhanisyan bildirib.

Xatırladaq ki, onun atası Nver Hovhanisyan “Yerkrapah” birliyinin Üçmüədzin bölməsinin sədr müavini olub. Nver Hovhanisyan 2018-ci il aprelin 23-də Üçmüədzin şəhər mərkəzində öldürülüb.

Öldürülən “Yerkrapah” üzvünün qızı bildirib ki, atasının ölüm detalları yalnız 2 aydan sonra məlum olub: “Öldürən şəxs barədə axtarış elan olundu və bildirildi ki, təqsirli olduğu ehtimal edilən şəxs Ermənistan ərazisindən çıxmayıb. Lakin bir ildir ki, onu tapa bilmirlər. Sual yaranır niyə daha səmərəli iş aparılmır”.

Qeyd edək ki, Nver Hovhanisyanın ölüm işi üzrə istintaq komitəsində cinayət işi açılıb və Üçmüədzin sakini 51 yaşlı Qriqor Avetisyan təqsirli şəxs kimi cəlb edilib. İstintaq komitəsindən bilrilib ki, 51 yaşlı Qriqor Avetisyan barədə həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib.

Ölən şəxsin qızı bildirib ki, cinayət işinin açılmasında köməklik göstərilməsi üçün Nikol Paşinyana müraciət edib. Laura Hovhanisyan inqilabın nəticələrinə kölgə salmaqda ittiham edilməmələri üçün məxməri inqilabın yeganə qurbanı barədə əvvəllər səslərini ucaltmadıqlarını söyləyib.

Onun sözlərinə görə, atası Qarabağdakı təxribatçı əməliyyatlarda, aprel döyüşlərində iştirak edib. Müharibə dövründə ayaq və əlini itirdiyini qeyd edib. Ölən Nver Hovhanisyan Üçmüədzin şəhərinin sabiq meri, general Manvel Qriqoryanın oğlu, Karen Qriqoryanın yaxın silahdaşı, köməkçisi olub. Şayiələrə əsasən qətl hadisəsi sabiq deputat Hakob Hakobyanın təxribatı nəticəsində baş verib və bunu törədən Hakobyanın tərəfdaşı olub. Ancaq ittiham edilən Hakob Hakobyan nə öldürəni, nə də öldürüləni tanımadığını bildirib.

Alpər Mövludoğlu

Hadisə xəbərləri
Ordu.az digər xəbərlər