Yevlax xəstəxanasında yanğın oldu

Yevlax xəstəxanasında yanğın oldu

Bu gün axşam saatlarında Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə xəstəxananın qəbul şöbəsində qeydə alınıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilb və əraziyə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb və genişlənməsinə imkan verilməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb

Hadisə xəbərləri
Lent.az digər xəbərlər