Yevlaxda avtobus azyaşlını vurub öldürdü

Yevlaxda avtobus azyaşlını vurub öldürdü

Yevlax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" xəbər verir ki, hadisə Yevlax rayonunun Qoyunbinəsi kəndində baş verib. Şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçmək istəyən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub. Ağır bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırlıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Natiq Allahverdiyev
Ölkə.Az

Hadisə xəbərləri
Olke.az digər xəbərlər