Yevlaxda avtobusun vurduğu azyaşlı ölüb

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilənuşaq orada ölüb.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Açar sözlər
Ləman Əsgərova
, Daxili Işlər Nazirliyi
, Yevlax