Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb - FOTO - YENİLƏNİB

Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb - FOTO - YENİLƏNİB

Bakı-Qazax magistralının Yevlax rayonu ərazisindən keçən hissəində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bayraq meydanının yaxınlığında "Mercedes" markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qəzaya düşən mikroavtobusda Bakı şəhərində təşkil olunmuş idman yarışından qayıdan məktəblilər, onların müəllimləri və valideynləri olub.

Faktla bağlı araşdırma aparılır.


*** 22:01

Yevlax rayonunda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, məktəbliləri daşıyan "Mercedes" markalı mikroavtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan müəllim və şəgirdlərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə xəbərləri
Report.az digər xəbərlər