Yevlaxda mikroavtobus qəzaya uğrayıb

Yevlaxda mikroavtobus qəzaya uğrayıb

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Bayraq meydanının yaxınlığında "Mercedes" markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qəzaya düşən mikroavtobusda Bakı şəhərində təşkil olunmuş idman yarışından qayıdan məktəblilər, onların müəllimləri və valideynləri olub. Faktla bağlı araşdırma aparılır.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər