“YouTube”da incə detalları görmək üçün videoları böyütmək mümkün olacaq

“YouTube”da incə detalları görmək üçün videoları böyütmək mümkün olacaq

“YouTube” administrasiyası yeni funksiyanın sınaqlarına başlayıb. Premium abunəsi olan istifadəçilər artıq bu yenilikdən istifadə edə bilərlər.

Yeni funksiya incə detalları görmək üçün videonu böyütməyə imkan verir.

Bu barədə “9to5Google” portalı məlumat yayıb.

“YouTube” Premium istifadəçiləri videonu tam ekran açmaq əvəzinə istədikləri elementi böyütmək üçün videonu “darta” biləcəklər.

Android smartfonları olan Premium istifadəçilər artıq indi yeniliyi sınaqdan keçirə bilərlər. Bunun üçün profil fotosuna toxunmaq və premium funksiyalar bölməsini açmaq lazımdır. Orada yenilikləri sınamağı təklif edən bir səhifə var. Həmin səhifədə “pinch to zoom” funksiyasını aktivləşdirmək lazımdır.

Bildirilir ki, funksiya yalnız 2022-ci il sentyabrın 1-dək sınaqdan keçirilə bilər. Bu müddət “YouTube” administrasiyasına yeniliyin qiymətləndirilməsi üçün kifayət edəcək. Bütün digər istifadəçilər üçün funksiyanın sınaqdan keçirilməsi vaxtı hələ açıqlanmayıb.

Mənbə: Gazeta.ru

Açar sözlər
Youtube
İKT xəbərləri
Oxu.az digər xəbərlər