“YouTube”da incə detalları görmək üçün videoları böyütmək mümkün olacaq

“YouTube”da incə detalları görmək üçün videoları böyütmək mümkün olacaq

“YouTube” administrasiyası yeni funksiyanın sınaqlarına başlayıb. Premium abunəsi olan istifadəçilər artıq bu yenilikdən istifadə edə bilərlər.

Yeni funksiya incə detalları görmək üçün videonu böyütməyə imkan verir.

Bu barədə “9to5Google” portalı məlumat yayıb.

“YouTube” Premium istifadəçiləri videonu tam ekran açmaq əvəzinə istədikləri elementi böyütmək üçün videonu “darta” biləcəklər.

Android smartfonları olan Premium istifadəçilər artıq indi yeniliyi sınaqdan keçirə bilərlər. Bunun üçün profil fotosuna toxunmaq və premium funksiyalar bölməsini açmaq lazımdır. Orada yenilikləri sınamağı təklif edən bir səhifə var. Həmin səhifədə “pinch to zoom” funksiyasını aktivləşdirmək lazımdır.

Bildirilir ki, funksiya yalnız 2022-ci il sentyabrın 1-dək sınaqdan keçirilə bilər. Bu müddət “YouTube” administrasiyasına yeniliyin qiymətləndirilməsi üçün kifayət edəcək. Bütün digər istifadəçilər üçün funksiyanın sınaqdan keçirilməsi vaxtı hələ açıqlanmayıb.

Mənbə: Gazeta.ru

Açar sözlər
Youtube
İKT xəbərləri
Terefdar.az digər xəbərlər
Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

06-08-2022 12:38 - Terefdar.az - İqtisadiyyat
Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb: İşçi Qrupun rəhbəri Azərbaycan Respublikasının energetika naziri - Pərviz Şahbazov İşçi Qrupun üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidur.