Yubet Marabi: Bakı Formula 1 yarışları üçün ideal məkandır

Yubet Marabi: Bakı Formula 1 yarışları üçün ideal məkandır

Bakı, 26 aprel, AZƏRTAC

Bakı Formula 1 yarışları üçün ideal məkandır.

Bunu Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn Cənubi Afrika Respublikasından olan turist Yubet Marabi AZƏRTAC-a müsahibəsində deyib.

Trekin dəniz sahilində olmasını heyranlıqla qeyd edən qonaq Bakının irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi barədə məlumatlı olduğunu vurğulayıb.

“Yarışı izləmək üçün Bakıya ailəmlə birgə gəlmişəm. Burada qonaqpərvərlik və mehribanlıqla qarşıladılar. Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək rəngarəngliyə malikdir. Etiraf etməliyəm ki, Bakını çox sevdim”, - deyə Y.Marabi bildirib.

İdman xəbərləri
Azertag.az digər xəbərlər