Yüksək dövlət vəzifələri bundan sonra belə yazılacaq

Yüksək dövlət vəzifələri bundan sonra belə yazılacaq
Azərbaycanda yüksək dövlət vəzifələrinin yazılış qaydaları təsdiqlənib.
Ann.az xəbər verir ki, bu barədə məlumat Baş Nazir Novruz Məmmədovun "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Belə ki, yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır:
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
www.ann.az
Siyasət xəbərləri
Beyləqanda “Heydər Əliyev parkı”nı kim satib?

Beyləqanda “Heydər Əliyev parkı”nı kim satib?

20-04-2019 10:22 - Pia.az - Siyasət
Beyləqan şəhərinin Baş planında park üçün nəzərdə tutulmuş 4.92 hektar (faktiki isə 4.51 hektar) ərazinin abadlaşdırılmamış hissəsindən Beyləqan rayon icra Hakimiyyəti başçısının : - 28 noyabr 2011-ci il tarixli 190 nömrəli sərəncamı ilə park ərazisində Qarabağ müharibəsi və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə 0.7 ha: - 26 aprel 2012-ci il tarixli 53 nömrəli sərəncamı ilə " Heydər Əliyev Mərkəzi'nin tikintisinə 08 ha ; - 12 dekabr 2012-ci il tarixli 170 nömrəli sərəncamı ilə Beyləqan rayon polis şöbəsinin yeni inzibati binasının tikintisi üçün 0.87 ha ; - 12 fevral 2013-cü il tarixli 42 nömrəli sərəncamı ilə Gənclər Mərkəzi və Şahmat məktəbinin tikintisi üçün 0.081 ha ; - 30 oktyabr 2013-cü il tarixli 195 nömrəli sərəncamı ilə Sahibkarlıqla (qeyri - yaşayış obyektinin tikintisi üçün) məşğul olmaq məqsədilə Abdullayev Asif Vahid oğluna 0.24 ha ; - 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamı ilə Sahibkarlıqla məşğul olmaq məqsədilə Abdullayev Vahid Cəmil oğluna 0.344 ha ; - 29 dekabr 245 nömrəli sərəncamı ilə 80 yerlik Uşaq bağçasının tikintisi məqsədilə 0.12 ha ; - 29 dekabr 2013-cü il tarixli 245 nömrəli sərəncamı ilə Şahmat məktəbinin tikintisi üçün 0.0287 ; - 14 oktyabr 2015-ci il tarixli 111 nömrəli sərəncamı ilə "Bayraq muzeyi”nin tikintisi üçün 0.08 ha torpaq sahələri ayrılmışdır.
Ann.az digər xəbərlər