Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enib

Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enib

Kişineu, 26 aprel, AZƏRTAC

Yunanıstanın “Bluebird Airways” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi aprelin 25-də Moldovanın hava məkanına icazəsiz daxil olaraq Kişineu Beynəlxalq Aeroportuna enib.

AZƏRTAC-ın “Deschide” portalına istinadla xəbər verir ki, Moldova Sərhəd Polisinin rəisi Fredolina Lekarya baş verən insidentə görə hüquq-mühafizə orqanları tərəfindən qanuna uyğun olaraq müvafiq qərar veriləcəyini bildirib.

Təyyarə hava limanında saxlanılıb, araşdırmalara başlanılıb. Bildirilir ki, göyərtəsində yalnız ekipaj üzvlərinin olduğu layner Buxarestdən icazəsiz uçuş edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Açar sözlər
Emil Hüseynli , Moldova , Yunanıstan , Buxarest
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər