YUNESKO-dan Notr-Damdakı yanğına - Reaksiya

YUNESKO-dan Notr-Damdakı yanğına - Reaksiya

YUNESKO Parisin Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir.

Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun baş direktoru Odre Azule bildirib.

O.Azule bildirib: "1991-ci ildən dünya mədəni irsinə qeydə alınan Notr-Dam kilsəsində baş verən dramatik yanğın ilə bağlı böyük emosiyalar. YUNESKO vəziyyəti diqqətlə izləyir və bu əvəzsiz irsi qorumaq və bərpa etmək üçün Fransa ilə birlikdədir".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsi yanır. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

Hadisə xəbərləri
Axar.az digər xəbərlər