Yusifin illər sonra hazırladığı veriliş - video

Yusifin illər sonra hazırladığı veriliş - video

ATV-nin aparıcısı Yusif Ağayevin “10-dan sonra” verilişinin reklam çarxı yayımlanıb. Axşam.az-ın məlumatına görə, proqram həftə içi beş gün saat 10-dan sonra efirə gedəcək. Uzun fasilədən sonra yenidən efirə qayıdan Y.Ağayev verilişi ilə bağlı “Maraqlı layihə ilə gəlirəm. Bir komanda olaraq hər şeyi ən xırda amilləri belə düşünmüşük. Saat 10-dan sonra tamaşaçılar üçün çox maraqlı olacaq. Elə şeylər görəcəksiniz ki... Hətta hədiyyə qazanmaq imkanınız da olacaq” açıqlamasını vermişdi. Qeyd edək ki, Y.Ağayev bir müddət əvvəl ATV-də "106 House" verilişinin aparıcısı olub. O, eyni zamanda 106 FM-də dicey kimi çalışır.

Mədəniyyət xəbərləri
Axsam.az digər xəbərlər