"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub

"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub

Turinin "Yuventus" klubu A Seriyasının 33-cü turunda "Fiorentina"nı qəbul edib.


"Alyans Stadium"da baş tutan qarşılaşma turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda hesabı "Fiorentina" açıb. Ardınca Turin klubu iki qol vuraraq önə keçib.


Bu qələbə "Yuventus"un cari mövsümdə A Seriyasında çempionluğunu təmin edib. Turin klubu qələbə sayəsində xallarının sayını 87-yə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. İkinci pillədə "Napoli" qərarlaşıb. Neapol təmsilçisi ilə Massimiliano Alleqrinin komandası arasında xal fərqi 20-dir. Çempionatın bitməsinə isə 6 tur qalıb.


Bu, "Yuventus"un ardıcıl 8-ci çempionluğu olub.


İtaliya A Seriyası. 33-cü tur


"Yuventus" – "Fiorentina" - 2:1


Qollar: 0:1 – Milenkoviç – 6, 1:1 – Sandro – 37, 2:1 – Pesselya – 53 (avtoqol)

(report)

Açar sözlər
Yuventus Klubu , Italiya , Turin , Neapol
İdman xəbərləri
Moderator.az digər xəbərlər