“Yuventus”dan Ronaldoya hədiyyə

“Yuventus”dan Ronaldoya hədiyyə

İtaliya A Seriyasının 9-cu turunun Genoa ilə oyununda (1:1) fərqlənərək, Avropanın TOP-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşən "Yuventus"un hücumçusu Kriştianu Ronaldu mükafatlandırılıb

Ötən gün Cagliari ilə çempionat oyunundan əvvəl Ronalduya klub rəhbərliyi tərəfindən üzərində 400 rəqəmi yazılmış forma hədiyyə olunub. 33 yaşlı futbolçuya mükafatı "qoca sinyora"nın prezidenti Andrea Anyelli təqdim edib.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus" forması ilə 13 oyuna 7 qol vurub.(goal.az)

loading...

Açar sözlər
Andrea Anyelli , Italiya
İdman xəbərləri
Milliyol.az digər xəbərlər
DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.