Yuxusuzluq problemini aradan qaldırmağın ən sadə üsulları – Ərşad Əzimzadədən tövsiyə

Yuxusuzluq problemini aradan qaldırmağın ən sadə üsulları – Ərşad Əzimzadədən tövsiyə

Yaşlı adamların çoxu yuxusuzluqdan əzab çəkir. Yuxu dərmanı qəbul edənlər də az deyil. Bəzi dərman "narkomanları" şikayətlənir: "Daha dərman da təsir eləmir. Amma daxili orqanlarımı dağıdır".


Həmişəlik yadda saxlamaq lazımdır ki, bütün dərmanlar, o cümlədən, bitkilərdən hazırlananlar da qanı zəhərləyir, hüceyrələri kütləvi şəkildə qırır və daxili orqanları bir-bir sıradan çıxardır. Uzun müddət dərman qəbul edən insanların yeni xəstəliklər tapmasını məhz bununla izah etmək lazımdır.

Heç bir dərman yuxusuzluğu yaradan səbəbi aradan götürməyə qadir deyil. Səbəb qalırsa - xəstəlik də qalır.


Bəs yuxusuzluğu yaradan səbəb nədir?

Moderator.az tanınmış mütəxəssis, kitablarıı ilə sağlam yaşam tövsiyələrini insanlara çatdıran yazar Ərşad Əzimzadəyə istinad bu sualın doğru cavabını və ondan xilas yolunu təqdim edir:


“Yuxusuzluq birbaşa mədə-bağırsaq traktının pis işləməsi ilə bağlıdır. Qeyri-sağlam həyat tərzi keçirən anaların təqsiri üzündən, uşaqlar qidalanma qaydalarını müntəzəm olaraq pozur, mədə toxumalarına daima dağıdıcı zərbələr vurur. Böyüklərin yolu ilə gedən uşaqlar, bir-biri ilə uzlaşmayan və müxtəlif mədə şirəsi tələb edən qidaları qarışdırır, bununla da həzmolma prosesini pozur. Nəticədə qida çürüyür və şlaka (zir-zibilə) çevrilir. Yığışıb bədəndə qalan şlak mikrobların və bakteriyaların artıb-törəməsinə, sağlamlığın keşiyində duran hüceyrələrin qırılmasına səbəb olur.

Uzlaşmayan qidaların qarışdırılması bir yana qalsın, üstəlik, çox adam çayı qaynar içir, xörəyi qaynar yeyir, xörək yeyərkən su içir, tələbat olmadığı halda yatağa girənə kimi çay içir, papiros çəkir, içki içir və s.


Bütün bunlar turşu-qələvi balansını pozur, mədə toxumalarnı zədələyir, bu arxivacib orqanın vəziyyətini bir az da pisləşdirir. Mədəsi xəstə olan adamın digər orqanları da, o cümlədən sinir sistemi də xəstə olur. Yuxu mərkəzi öz funksiyasını yerinə yetirə bilmir.


Aşağıdakı prinsiplərə düzgün əməl etmədən yuxusuzluğu aradan qaldırmaq mümkün deyil:


-yeməkdən 15 dəqiqə qabaq 1-2 stəkan çiy suyu ilıq şəkildə və qurtum-qurtum içmək;

-qidaları ayrı-ayrılıqda qəbul etmək;

-xörəyi tərəvəz salatı ilə bərabər qəbul etmək;

-qida qəbulundan sonra 30 dəqiqə açıq havada gəzmək yaxud sakit oturmaq;

-maye qəbulunu saat 18-də dayandırmaq;

-səhərlər meyvə, günorta nişastalı qidalar, axşam isə zülal qəbul etmək;

-son qidanı yuxudan 3 saat qabaq qəbul etmək, yuxudan öncə açıq havada gəzmək;

-yaşlılar 8 saat, uşaqlar 10 saat yatmalıdır;

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər
“Qələbə Günü” Nərimanovda  - FOTOLAR

“Qələbə Günü” Nərimanovda - FOTOLAR

09-05-2019 15:14 - Moderator.az - Siyasət
Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğu 1462 qəhrəman döyüşçünün dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridiA.Fərzəliyev ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatları, o cümlədən də hərbi sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, mənfur düşməni böyük ruh yüksəkliyi ilə hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu, vaxtilə babalarımızın qəhrəmanlıq göstərərək faşizm üzərində əldə etdiyi möhtəşəm qələbənin davamının tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında bu günkü gənc nəslin təmsil etdiyi şanlı ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunması və son nəticədə erməni faşizmi üzərində qələbə ilə bitəcəyinə əminlik ifadə edib.