Zakir Həsənov cəbhəboyu zonada olub, müvafiq tapşırıqlar verib FOTOLAR

Zakir Həsənov cəbhəboyu zonada olub, müvafiq tapşırıqlar verib FOTOLAR

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər hərbi obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

loading...

Siyasət xəbərləri
İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

26-04-2019 15:32 - Strateq.az - Siyasət
Onunla çox maraqlı məqamlardan danışmışıq…Əvəz Zeynallı“Azadlıq salnaməsi”İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə deyir ki:– Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz– 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram– 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum– Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün– Yaqub Məmmədovun fərmanı ilə daxili işlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən daxili işlər naziri olmalısan– Elçibəy hökumətinin ilk naziri mən oldum– İxtiyar Şirini respublika prokuroru, Dadaş Rzayevi isə müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə– Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü– AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən– Yatsam, yuxuma girməzdi daxili işlər naziri olacağam– Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb– Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm– Mədət Quliyevi işə mən götürmüşəm– Eldar Həsənovu Gəncədə işdən mən çıxardım.
Sia.az digər xəbərlər