Zaqatala rayonunda 3 nəfəri it dişlədi


Zaqatala rayonunda 3 nəfəri it dişləyib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ilk hadisə Muxax kəndində baş verib.

Kənd sakini 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu kənd ərazisində it dişləyib.

Növbəti hadisə rayonun Göyəm kəndində qeydə alınıb.1949-cu il təvəllüdlü Məhəmməd Abdusalam oğlu Liliyevə də sahibsiz it hücum çəkib.

Digər hadisə isə rayonun Muğanlı kəndində baş verib. 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi küçə iti dişləyib.

İt dişləyən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər üç şəxsə əl və barmaq nahiyyələrinin it dişləməsi diaqnozu qoyulub və peyvənd olunduqdan sonra evə buraxılıblar.


Hadisə xəbərləri
Azərbaycanlıların insan alveri qurbanına çevrildiyi ölkələrin adları

Azərbaycanlıların insan alveri qurbanına çevrildiyi ölkələrin adları

29-04-2019 10:21 - Xeberle.com - Hadisə


"Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub".
Xeberle.com-unxəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə bildirilib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.
Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib.
Teleqraf.com digər xəbərlər