Zelenski Qələbə Gününü belə qeyd etdi- FOTO


Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin 9 may - Qələbə Gününü necə qeyd edəcəyi maraqla gözlənilirdi. Ukrayna cəmiyyətinin son illərdə Qələbə Gününə yanaşmasının fərqli olması bu marağı şərtləndirən amillərdən idi.

Teleqraf.comxəbər verir ki, beləliklə gözlənildiyi kimi, V.Zelenskinin bu günə yanaşması Ukrayna cəmiyyətində mövcud əhval-ruhiyyəni əks etdirib. Belə ki, V.Zelenski "Feysbuk" səhifəsində iki veteranın - Ukrayna Üsyançı Ordusu ilə əlaqəli olan Praskovya Zelençuk-Potyakın və SSRİ Hərbi Dəniz Donanmasının birinci dərəcəli kapitanı (general-polkovnik) İvan Zalujnının birgə fotosunu paylaşıb.

Kadrlardan görünür ki, hər iki şəxs bir-birinə əl veriblər.

Yazdığı qeyddə Zelenski bildirib ki, Ukrayna İkinci Dünya Müharibəsi illərində nasizmə qarşı mübarizə aparan, sülh və Ukrayna uğrunda öz həyatını qurban verən hər kəsi anır.

Seçilmiş prezident qeyd edib ki, birinci dərəcəli kapitan İvan Zalujnı Donbasdakı müharibə zamanı yeganə nəvəsi İvan Qutnik-Zalujnını itirib. Mayın 10-da keçmiş hərbçinin 101 yaşı tamam olacaq.

Zelenskinin sözlərinə görə, Praskovya Zelençuk-Potyak 13 yaşından Ukrayna Üsyançı Ordusu ilə əlaqəli olub. O, bu müddət ərzində üsyançılara informasiya ötürüb, onlara azuqə çatdırıb, həmçinin yun köynəklər toxuyub.

Ukrayna Üsyançı Ordusunun məqsədi Ukraynanın azadlığına bərpa etmək ail olmaq olub. Onun fəaliyyəti antipolyak, antisovet və antifaşist xarakter daşıyıb. Ukrayna Üsyançı Ordusu hazırda Rusiyada qadağandır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər