Zelenski seçkilərdən sonra adını dəyişdi

Ukraynada prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski Facebook akkauntundakı adını rus dilindən Ukrayna dilinə çevirib.
Bu barədə onun mətbuat katibi İrina Pobedonosova məlumat verib:
“Zelenski köhnə Facebook hesabında adını rusca qeyd etmişdi. İndi biz onun adını Ukrayna variantı ilə əvəz etdik - Volodimir Zelenski. İzləyicilərimizdən adın dəyişdirilməsinə dair gələn çoxsaylı təklifləri dəyərləndirərək belə bir qərara gəldik. Zelenskinin yeni prezident statusunu nəzərə alaraq bu addımı məqsədəuyğun hesab edirik”.(oxu.az)
Açar sözlər
Facebook
, Ukrayna