Zelenski seçkilərdən sonra adını dəyişdi

Zelenski seçkilərdən sonra adını dəyişdi

Ukraynada prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski Facebook akkauntundakı adını rus dilindən Ukrayna dilinə çevirib.

Bu barədə onun mətbuat katibi İrina Pobedonosova məlumat verib:

“Zelenski köhnə Facebook hesabında adını rusca qeyd etmişdi. İndi biz onun adını Ukrayna variantı ilə əvəz etdik - Volodimir Zelenski. İzləyicilərimizdən adın dəyişdirilməsinə dair gələn çoxsaylı təklifləri dəyərləndirərək belə bir qərara gəldik. Zelenskinin yeni prezident statusunu nəzərə alaraq bu addımı məqsədəuyğun hesab edirik”.

Siyasət xəbərləri
Oxu.az digər xəbərlər