Zelenski Türkiyəyə istirahətə yollandı

26 Aprel 2019, 10:29 | DÜNYA
Zelenski Türkiyəyə istirahətə yollandı
Ukraynanın yeni prezidenti Vladimir Zelenski Türkiyəyə istirahətə yollandı. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Facebook-da yazıb.
“Beləliklə. Türkiyəyə uçuram. Uşaqlarımı Türkiyədə keçirilən “Şənlik” festivalına aparıram”.
Zelenski 4 aydan sonra ilk dəfə istirahətə yollandığını və 2 gündən sonra geri dönəcəyini açıqlayıb.