Zelenskini seçkilərdən çıxarmaq istəyirlər - MƏHKƏMƏ GEDİR

Zelenskini seçkilərdən çıxarmaq istəyirlər - MƏHKƏMƏ GEDİR

Kiyev apellyasiya məhkəməsi prezidentliyə iddialı olan şoumen Vladimir Zelenskinin seçkilərdə namizədliyinin götürülməsi ilə bağlı iddiaya baxır.

Bu barədə RİA Novosti vəkil Andrey Xilkoya istinadən məlumat yayıb.

O bildirib ki, məhkəməyə seçkilərdə rəsmi müşahidəçi kimi müraciət edib.

İclasda iddiaçı, həmçinin Zelenskinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Rusiyaya səfərlərlə bağlı yalan məlumat verməkdə ittiham olunub.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Sonradan beş nəfər namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermə nəticəsində Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçiblər.

Siyasət xəbərləri
Muxalifet.az digər xəbərlər