Zelenskinin inaqurasiyasında yenilik olacaq

Zelenskinin inaqurasiyasında yenilik olacaq

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin yaxın 1 ay ərzində baş tutacaq inaqurasiya mərasimi üçün hazrlıqlara start verilib.


"Qafqazinfo”nun "Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, prezidentin qərargahının nümayəndəsi Yuri Kostyuk bildirib ki, sözügedən inaqurasiyanın dəqiq tarixi müəyyənləşdirilməsə də, bu, indiyə qədər keçirilmiş mərasimlərdən fərqli olacaq.


"İnaqurasiyanın rəsmi proseduralarına hörmət edirik, bütün şərtlərə riayət olunacaq. Lakin mərasimdə nəsə yenilik etməyi planlaşdırırıq. Hazırlıqla bağlı sirrləri açmaq istəmirəm. Söz veririk ki, maraqlı olacaq”, - deyə o, söyləyib.


Xatırladaq ki, V. Zelenski 21 aprel prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. Aprelin 30-da Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Zelenskini prezident seçkilərinin qalibi elan edib.


www.anews.az

loading...

Siyasət xəbərləri
Anews.az digər xəbərlər