Zəlzələdən sonra bərpa işləri - VİDEO

Zəlzələdən sonra bərpa işləri - VİDEO

Dekabr ayına qədər İsmayıllı rayonu üzrə zəlzələ nəticəsində zərər çəkmiş evlərin sökülərəkyenidən tikintisi başa çatacaq.

Bunu fevralın 5 də İsmayıllı Şamaxı və Ağsuda vaş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına dair görülən işlərin 3 ayliq hesabat brifinqində İsmayilli RİH basçısıMirdamət Sadıqov dedi.

Rayon icra başçısı əlavə etdi ki, zəlzələ nəticəsində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb.

Zəlzələnin aradan qaldırılması məqsədi ilə rayon üzrə 76 yaşayış evinin tikintisinə başlanılıb.

3 aylıq hesabat brifinqindəjurnalistlərinsuallarını cavablandıran Şamaxı RİH başçısı Tahir Məmmədov bildirdi ki, zəlzələ zamanı rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı 112 yaşayış evinin tikintisiə başlanılıb.

Rayon icra başçısı onuda bidliri ki, yeraltı təkanlar zamanı tarixi abidələrə ziyan dəyməyib.

Məlumat üçün bildirək ki, fevral ayının 5 də Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zələzələ baş verib.

Nəticədə fərdi yaşayış evləri ilə bərabaər sosial obeyktlərə ziyan dəyib.

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən hər 3 rayon ərazisində qəzalı vəziyyətdə olan evlərin və müxtəlif sosial obyektlərin tikintisi həyata keçirilir.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər