Zinəddin Zidanın oğlu debüt edib

Zinəddin Zidanın oğlu debüt edib

"Real Madrid" klubunun futbolçusu Luka Zidan İspaniya La Liqasının XXIX turunda evdə "Hueska" ilə matçda əsas komandanın heyətində ilk rəsmi matçına çıxıb.

Open.az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan oğlu Lukanın əsas heyətdə debüt etməsinə şərait yaradıb.

20 yaşlı qolkiper matçdan sonra fikirlərini bölüşüb: "Doğma meydanda azarkeşlərimiz önündə ilk matça çıxmaq möhtəşəm hissdir. Buna görə çox xoşbəxtəm. Klubun aşağı yaş qruplarında daima var gücümlə çalışıram və ümid edirəm ki, bir gün "Real Madrid"in əsas heyət üzvü olacağam. Bu gün çətin qarşılaşma oldu və sonda qələbə qazana bildiyimiz üçün şadıq".

Qeyd edək ki, Luka Zidan klubun akademiyasının yetirməsidir. "Real Madrid" İspaniya La Liqasında XXIX turdan sonra 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

Manaf Qasımbəyli

İdman xəbərləri
Open.az digər xəbərlər