Ziyad Səmədzadə: “Mühasibat sistemində çox ciddi problemlər var”

Ziyad Səmədzadə: “Mühasibat sistemində çox ciddi problemlər var”

Mühasibat sistemində həddən artıq problemlər mövcuddur və bunu biz hələ illərlə aradan qaldıra bilməyəcəyik.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclkisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitəsnin iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bunu istəsək də belə, aradan qaldıra bilməyəcəyik:

“Səbəbi bu sahədə işləyən mütəxəssislərin işlərini peşəkarlıq səviyyəsində bilməməsi və dövrün tələblərinə uyğun şəkildə qura bilməməsidir. Minlərlə şirkətlər, müəssisəslər var ki, orada işləyən mühasiblər istehsal olunan məhsulun maya dəyərini müəyyən edə bilmir. Ümumiyyətlə, mən burada qaldırılan problemlərlə razıyam və bu problemlərin həlli istiqamətində ciddi işlər görülməlidir. Bəlkə müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatlarının birgə iştirakı ilə dinləmə keçirək”.

Komitə sədri audit peşəsini bir ixtisas olaraq təhsil sistemindən çıxarılmasını təəssüflə qeyd edib.

Mürtəza
Ölkə.Az

İqtisadiyyat xəbərləri
Olke.az digər xəbərlər