Zurabişvilinin ABŞ səfəri ləğv edildi-Səbəb


Zurabişvilinin ABŞ səfəri ləğv edildi-Səbəb

Gürcüstan Prezidenti Salome Zurabişvilinin payızda ABŞ-a baş tutması planlaşdırılan səfəri ləğv edilib.

Bu məlumatı “Rustavi 2” televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, səfərə hazırlığa mart ayından bu yana başlanıb və bu istiqamətdə aktiv işi Gürcüstan Xarici İşlər Nazirliyi aparıb. Hələlik səfərin ləğv edilmə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili dünən “Amerikanın səsi”nə müsahibəsində ölkəsində ABŞ bazasının tikilməsinin səmərəsiz olduğunu bildirmişdi. O bunun provokasiya kimi qəbul edilə biləcəyini söyləmişdi. (Axar.az)

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər

I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri nələrdir? –DİM-dən açıqlama

02-05-2019 00:00 - Strateq.az - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:I ixtisas qrupu üzrə:– Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;– “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;– Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:– Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasları və Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.